Macarıstan Azərbaycanla əməkdaşlıq etməkdə maraqlıdır

Prezident İlham Əliyev Macarıstan Parlamentinin Avropa İşləri üzrə komitəsinin sədri Matyas Eörşinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən Macarıstan Parlamentinin Avropa İşləri üzrə komitəsinin sədri Matyas Eörşinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Azərbaycanın regionda lider dövlətə çevrildiyini bildirən Macarıstan Parlamentinin Avropa İşləri üzrə Komitəsinin sədri Matyas Eörşi “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində Azərbaycanın  ölkəsi ilə əməkdaşlığını yüksək qiymətləndirib. Dövlətimizin başçısı Macarıstana səfərini xatırlayıb və bu səfərin uğurla keçdiyini qeyd edib. ölkələrimiz arasında ikitərəfli münasibətlərə, eyni zamanda Avropa İttifaqı çərçivəsində əməkdaşlığa toxunan Prezident İlham Əliyev “Şərq tərəfdaşlığı” proqramının Azərbaycanın Avropa İttifaqı ilə daha sıx əməkdaşlıq etməsinə şərait yaradacağına əminliyini bildirib.