Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Bernar Fasyeni qəbul edib.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizama salınması barədə danışıqların hazırkı vəziyyəti və perspektivlərinə dair fikir mübadiləsi aparılıb.