Azərbaycanla İsveçrə arasında ikitərəfli münasibətlər sürətlə və uğurla inkişaf edir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən İsveçrə Konfederasiyasının xarici işlər üzrə dövlət katibi Mixael Ambülü qəbul edib.
İsveçrə Konfederasiyasının xarici işlər üzrə dövlət katibi Mixael Ambül Azərbaycan ilə İsveçrə arasında siyasi sahədə dialoqun və məsləhətləşmələrin aparılmasının əhəmiyyətini vurğulayaraq səfərinin bu istiqamətdə əməkdaşlığın daha da genişləndirilməsi işinə yaxşı imkan yaratdığını qeyd edib.
Dövlətimizin başçısı ölkələrimiz arasında ikitərəfli münasibətlərin sürətlə və uğurla inkişaf etdiyini bildirib. İkitərəfli əlaqələrlə və regional vəziyyətlə bağlı fikir mübadiləsi aparmağın önəmini qeyd edən Prezident İlham Əliyev ümidvar olduğunu bildirib ki, İsveçrə Konfederasiyasının xarici işlər üzrə dövlət katibi Mixael Ambülün ölkəmizə bu səfəri ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsi işinə xidmət edəcək.