Beynəlxalq muğam festivalı çərçivəsində Filarmoniyada konsert proqramı olub

Dünən “Muğam aləmi” Beynəlxalq festivalı çərçivəsində Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət simfonik orkestrinin ifasında konsert proqramı olub. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva və YUNESKO-nun baş direktoru Koişiro Matsuura konsertdə olublar. Proqramda Fikrət Əmirovun “Şur”, “Gülüstan-Bayatı Şiraz” və “Kürd ovşarı” simfonik muğamları səslənib.