Yoan Manaskurta: Bakı Beynəlxalq Humanitar Forumu çox yüksək səviyyədə təşkil olunub

Bakı Beynəlxalq Humanitar Forumu çox yüksək səviyyədə təşkil olunub. Forumda müzakirələr olduqca aktual mövzulara həsr edilib.
Bu sözləri Humanitar Forumda iştirak etmək üçün Bakıda olan Moldova yazıçısı Yoan Manaskurta AzərTAc-a müsahibəsində söyləyib.
Bakıya ikinci dəfə səfərə gəldiyini bildirən Y.Manaskurta Azərbaycan paytaxtının dünyanın ən gözəl şəhərlərindən biri olduğunu xüsusi vurğulayıb.