Formula 1 Azərbaycan Qran-Prisi ilə əlaqədar 7 məktəbdə tədris distant olacaq

Bakı Şəhər Halqasının əhatə etdiyi ərazilərdə nəqliyyatın hərəkətinin məhdudlaşdırılması ilə əlaqədar sentyabrın 22–26-da 7 məktəbdə tədris distant formada təşkil ediləcək.

Elm və Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, 6 nömrəli məktəb-lisey, 7, 8 və 23 nömrəli tam orta məktəblər, 160 nömrəli Klassik Gimnaziya, 132-134 nömrəli məktəb-lisey və İlyas Əfəndiyev adına Elitar Gimnaziyada dərslər distant olacaq.