Laura Brunetti: Beynəlxalq Humanitar Forumda aparılan müzakirələr müasir dünyada aktual olan mövzulardır

Bakı Beynəlxalq Humanitar Forumunda aparılan müzakirələr müasir dünyada aktual olan mövzulardır. Xüsusilə müasir medianın problemləri, sosial media və digər məsələlərin müzakirəsi çox vacibdir. Bu sözləri Humanitar Forumda iştirak edən “AGİ-Agenzia Giornalistica İTALİA” xəbər agentliyinin marketinq və əlaqələr şöbəsinin rəhbəri Laura Brunetti AzərTAc-a müsahibəsində deyib.
Qonaq Forumun müxtəlif mədəniyyətləri təmsil edən xalqlar arasında dostluq əlaqələrinin qurulmasına şərait yaradığını vurğulayaraq deyib: “Burada dünyanın ən nüfuzlu KİV-lərinin nümayəndələri iştirak edirlər. Aparılan müzakirələr, fikir mübadiləsi bu qurumların gələcəkdə birgə əməkdaşlıq etməsinə öz töhfəsini verəcəkdir”.
Bakının gözəlliyinin onu heyran etdiyini bildirən İ.Brunetti bildirib: “Bakı çox gözəl şəhərdir. Burada çox müasir və qeyri-adi binalar tikilir. Hər dəfə bu şəhərə gələndə mütləq yeniliklərin, inkişafın şahidi oluram”.