Bakı Beynəlxalq Humanitar Forumu çox yüksək səviyyədə təşkil olunub. Forumda müzakirələr olduqca aktual mövzulara həsr edilib.
Bu sözləri Humanitar Forumda iştirak etmək üçün Bakıda olan Moldova yazıçısı Yoan Manaskurta AzərTAc-a müsahibəsində söyləyib.
Bakıya ikinci dəfə səfərə gəldiyini bildirən Y.Manaskurta Azərbaycan paytaxtının dünyanın ən gözəl şəhərlərindən biri olduğunu xüsusi vurğulayıb.