Bakı Beynəlxalq Humanitar Forumunda aparılan müzakirələr müasir dünyada aktual olan mövzulardır. Xüsusilə müasir medianın problemləri, sosial media və digər məsələlərin müzakirəsi çox vacibdir. Bu sözləri Humanitar Forumda iştirak edən “AGİ-Agenzia Giornalistica İTALİA” xəbər agentliyinin marketinq və əlaqələr şöbəsinin rəhbəri Laura Brunetti AzərTAc-a müsahibəsində deyib.
Qonaq Forumun müxtəlif mədəniyyətləri təmsil edən xalqlar arasında dostluq əlaqələrinin qurulmasına şərait yaradığını vurğulayaraq deyib: “Burada dünyanın ən nüfuzlu KİV-lərinin nümayəndələri iştirak edirlər. Aparılan müzakirələr, fikir mübadiləsi bu qurumların gələcəkdə birgə əməkdaşlıq etməsinə öz töhfəsini verəcəkdir”.
Bakının gözəlliyinin onu heyran etdiyini bildirən İ.Brunetti bildirib: “Bakı çox gözəl şəhərdir. Burada çox müasir və qeyri-adi binalar tikilir. Hər dəfə bu şəhərə gələndə mütləq yeniliklərin, inkişafın şahidi oluram”.