Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / “Azadlıq” niyə narahatdır?!

“Azadlıq” niyə narahatdır?!

06.06.2015 [10:53]

Nurlan Qələndərli

Və ya Doğançı-gülənçi şəbəkənin ifşası bu media qurumunu təşvişə salıb
Müasir beynəlxalq münasibətlər sisteminin müstəqil aktoru olan Azərbaycan beynəlxalq dialoq və əməkdaşlıq məkanı kimi çıxış edir. Cənubi Qafqaz regionunun lider dövləti olan ölkəmiz həm də beynəlxalq miqyasda etibarlı strateji tərəfdaş kimi tanınır və Azərbaycanla əməkdaşlıq siyasi, iqtisadi, geopolitik nöqteyi-nəzərdən mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda, Azərbaycan dünya iqtisadiyyatına uğurla inteqrasiya edir, beynəlxalq əməkdaşlıq və təhlükəsizlik platformalarının formalaşdırılmasında əhəmiyyətli rol oynayır.
“Beşinci kolon” işbaşında...
Sadalanan pozitiv məqamlara və nailiyyətlərə baxmayaraq, Azərbaycanın müasir dünya siyasəti və beynəlxalq münasibətlər sistemindəki mövqeyinin davamlı surətdə möhkəmlənməsindən narahatlıq keçirən bəzi dairələr ölkəmizə qarşı “qara piar” kampaniyası aparır, uğurlarımızın üzərinə kölgə salmağa cəhd edirlər. Bu kontekstdə müasir beynəlxalq münasibətlər sisteminin mühüm reallıqlarından biri olan və sarsılmaz əsaslara malik Azərbaycan-Türkiyə münasibətləri də həmin dairələrdə ciddi narahatlıq yaradır. Bu sırada Doğançı-gülənçi şəbəkə xüsusi fəallıq göstərir. Həmin qüvvələrin bütün səyləri dövlət rəhbərləri arasında etimadsızlıq mühiti yaratmağa, iki qardaş ölkənin münasibətlərinə xələl gətirməyə yönəlib. Bu məqsədlə “beşinci kolon”un imkanlarından geniş istifadə olunur...
“Azadlıq” qəzetinin növbəti özünüifşası...
Maraqlıdır ki, ermənipərəst dairələrlə sinxron fəaliyyət göstərən “Azadlıq” qəzeti də bu cəbhədə yer alır. Belə ki, bu media qurumu “Yeni Azərbaycan” qəzetində dərc olunmuş “Doğançı-gülənçi şəbəkə Azərbaycan-Türkiyə birliyinə qarşı...” və “Azərbaycan və Türkiyə hədəfdə: Doğançı-gülənçi şəbəkənin “qara piar” kampaniyasının arxasında nə durur?” sərlövhəli məqalələrə çevik reaksiya verərək, əslində, özünü növbəti dəfə ifşa etmiş oldu. Sual olunur ki, “Azadlıq” nə üçün bu məsələdən narahatlıq keçirir? Əslində, bu sualın cavabı olduqca aydın və birmənalıdır: bəhs olunan qəzet Azərbaycan xalqına və dövlətinə qarşı ermənipərəst və anti-Azərbaycan dairələrlə eyni cəbhədə yer alır və aldığı direktivlər əsasında fəaliyyətini davam etdirir...
“Azadlıq” anti-Azərbaycan dairələrlə eyni cəbhədə...
Ümumiyyətlə, Azərbaycan daxilində ciddi nüfuz sahibi, geniş oxucu kütləsi olmayan “Azadlıq” qəzetinin hansı imicə sahib olması və kimlərə xidmət etməsi ictimaiyyətə yaxşı bəllidir. O da məlumdur ki, bu qəzeti ölkədən xaricdə, beynəlxalq miqyasda əsasən erməni KİV-i, xüsusən də ermənilərə məxsus internet saytları kifayət qədər ciddi izləyir. Bu isə təsadüfi xarakter daşımır. Çünki “Azadlıq” qəzetində əksini tapan qərəzli məlumatlar çox zaman erməni lobbisinin məqsəd və maraqlarına, anti-Azərbaycan dairələrin fəaliyyətinə uyğun gəlir.
Nəticə ondan ibarətdir ki, bu qəzet öz fəaliyyətini Azərbaycan xalqına xidmət üzərində deyil, kiçik bir dairənin siyasi ambisiyalarını, şəxsi maraqlarını təmin etmək üçün qurur. Daha da dəqiq desək, “Azadlıq” qərəzli xarici qurumlardan, qeyri-hökumət təşkilatlarından maliyyə və ideoloji asılılıq şəraitində fəaliyyət göstərir.
Azərbaycan ictimaiyyəti “Azadlıq”ın qərəzli fəaliyyətinə etiraz edir
Sonda isə onu qeyd etmək lazımdır ki, Azərbaycan ictimaiyyəti “Azadlıq”ın qərəzli fəaliyyətinə etiraz edir. Əlbəttə, ən müxtəlif məsələlərlə bağlı ictimai rəyi çaşdırmağa çalışan, öz fəaliyyətində siyasi manipulyasiyanı əsas götürən, tənqid adı altında təhqir dolu informasiyalar yayan bir qəzetin cəmiyyətin nümayəndələri tərəfindən haqlı narazılıqla qarşılanması olduqca qanunauyğundur. İctimaiyyətin sözügedən qəzetin fəaliyyətinə yönəlik narazılığının səbəbi həm də bu mətbu orqanın təbliğ etdiyi siyasi qüvvələrin antimilli mövqe sərgiləməsidir. “Azadlıq” özünün dağıdıcı və qeyri-ciddi fəaliyyətinin nəticələrinin isə müxtəlif yollarla ört-basdır olunmasına çalışır.

 
Paylaş:
Baxılıb: 1242 dəfə

Müəllifin digər məqalələri:

Yalanlar seriyası, yaxud Əli Kərimlinin növbəti manipulyasiya cəhdi

Vaxtilə özünü “siyasi...

20.03.2021 [08:57]

Xaossevərin “siyasət” anlayışı

Siyasətin tərifi çoxdur. Bəziləri...

13.03.2021 [10:00]

“Virtual müxalifət”in “onlayn siyasi teatr tamaşası”

Azərbaycan Dağlıq Qarabağ...

19.02.2021 [09:30]

Qalib Azərbaycanın yaratdığı geostrateji reallıqlar...

Yaxud qələbənin əhəmiyyətini...

13.01.2021 [09:44]

Terror dövlətində orduya könüllülərin cəlb olunması nəyin ifadəsidir?

Adı işğalçı siyasət və...

01.09.2020 [08:50]

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Xəbər lenti

Xəbər lenti

Ədəbiyyat

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30