/ / Səudiyyə Ərəbistanının nüfuzlu “əl-Cəzirə” qəzetində 20 Yanvar faciəsi barədə məqalə dərc olunub
Səudiyyə Ərəbistanının nüfuzlu “əl-Cəzirə” qəzetində 20 Yanvar faciəsi barədə məqalə dərc olunub
17.01.2026 [20:18]
Səudiyyə Ərəbistanı Krallığında nəşr olunan nüfuzlu “əl-Cəzirə” qəzetində 1990-cı il 20 Yanvar faciəsinə həsr olunmuş məqalə dərc edilib.
AZƏRTAC xəbər verir ki, məqalədə 20 Yanvar faciəsinin Azərbaycan xalqının milli yaddaşında “Qara Yanvar” kimi əbədi həkk olunduğu, bu il həmin hadisələrin 36-cı ildönümünün qeyd edildiyi vurğulanır.
Bildirilir ki, 1990-cı il yanvarın 20-nə keçən gecə sovet qoşunları misli görünməmiş hərbi əməliyyatla Bakı şəhərinə daxil olaraq dinc və silahsız mülki əhaliyə qarşı zorakılıq törədib. Nəticədə 130-dan çox insan şəhid olub, yüzlərlə şəxs yaralanıb.
Yazıda qeyd olunur ki, “Qara Yanvar” faciəsi Azərbaycan xalqının azadlıq və müstəqillik iradəsini sarsıtmaq məqsədi daşısa da, əksinə, milli şüurun formalaşmasında dönüş nöqtəsinə çevrilib. Bu hadisələr Sovet İttifaqının daxili dağılma prosesini sürətləndirib, 1991-ci ildə Azərbaycan Respublikasının müstəqilliyinin elan olunmasına aparan yolu açıb. Xalqın suverenlik və milli ləyaqət uğrunda qətiyyətli mövqeyi bütün dünyaya nümayiş etdirilib.
Məqalədə Ümummilli Lider Heydər Əliyevin 20 Yanvar hadisələrinə verdiyi prinsipial siyasi qiymət xüsusi vurğulanır. Ulu Öndərin 1990-cı il yanvarın 21-də Moskvada keçirdiyi mətbuat konfransında Azərbaycan xalqına qarşı törədilmiş cinayəti açıq şəkildə pisləməsi, beynəlxalq ictimaiyyəti məlumatlandırması və ciddi siyasi təzyiqlərə baxmayaraq qəti mövqe ortaya qoyması qeyd olunur. Bildirilir ki, bu mövqe sonradan müasir Azərbaycan dövlətinin milli suverenliyin və qanuni hüquqların müdafiəsinə əsaslanan siyasi xəttinin ideoloji təməlini formalaşdırıb.
Məqalədə diqqətə çatdırılır ki, Azərbaycan xalqı hər il 20 Yanvar tarixini fədakarlıq və müqavimətin əbədi rəmzi kimi ehtiramla yad edir. Minlərlə insan Bakıda yerləşən Şəhidlər xiyabanını ziyarət edərək Vətənin azadlığı və müstəqilliyi uğrunda canından keçənlərin xatirəsini anır.
Eyni zamanda, yazıda vurğulanır ki, müasir Azərbaycan dövləti məhz bu tarixi sınaqlardan keçərək beynəlxalq arenada etibarlı və məsuliyyətli tərəfdaş kimi mövqeyini möhkəmləndirib. Bu kontekstdə Səudiyyə Ərəbistanı ilə Azərbaycan arasında münasibətlərin qarşılıqlı hörmət və ortaq maraqlar əsasında inkişaf etdiyi qeyd olunur. Krallığın 1991-ci ilin dekabrında Azərbaycanın müstəqilliyini erkən tanıması və 1992-ci ilin fevralında diplomatik münasibətlərin qurulması ikitərəfli əməkdaşlığın genişlənməsi üçün mühüm zəmin yaradıb.
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20

