Bakıda "İqlim dayanıqlılığı üçün harmoniya” mövzusunda dəyirmi masa keçirilib
01.10.2024 [22:06]
Oktyabrın 1-də Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində "İqlim dayanıqlılığı üçün harmoniya” mövzusunda dəyirmi masa keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin sədr müavini Leyla Cabbarlı rayon və kəndlərimizdə fermerlərin bir çox çağırışlardan əziyyət çəkdiyini diqqətə çatdırıb. COP-29 kontekstində Bakıda Harmoniya Təşəbbüsünün məhz fermerlər üçün irəli sürüldüyünü bildirən sədr müavini deyib: “İqlim dəyişikliyi qlobal və ortaq çağırışdır. Bu, hər hansı bir ölkəyə aid deyil. Bu baxımdan iqlim dayanıqlılığı ilə bağlı kənd təsərrüfatına maliyyə yatırmaq lazımdır. Əlimizdə elə resurslar olmalıdır ki, adaptasiya prosesi həyata keçirilə bilsin”.
FAO-Azərbaycan Ofisinin rəhbərinin müavini Bariz Mehdiyev fermerləri dəstəkləməyin önəmini vurğulayaraq bildirib ki, xırda sahibkarlara olunan dəstək həm də qida təhlükəsizliyini təmin edəcək. "Azərbaycan artıq iqlim dəyişikliyi ilə mübarizədə çox aktiv rol oynayır. FAO Azərbaycanla əməkdaşlıqdan çox məmnundur", - deyə o qeyd edib.
“AgroDairy” şirkətinin idarəedici direktoru Ramil Məmmədov kənd təsərrüfatına iqtisadi yatırımların edilməsinin önəmini vurğulayıb.
“Azersun Holding” MMC-nin Biznesin inkişafı üzrə direktoru İlham Abdullayev kənd təsərrüfatı sahəsindəki böyük şirkətlərin iqlim dəyişikliyi zamanı qarşılaşacağı çətinliklərdən bəhs edib. Bildirib ki, kənd təsərrüfatı sahəsində dəyişikliklər öz nəticəsini uzun illər ərzində göstərə bilir və bu, çətin prosesdir.
"MKT Cotton"un icraçı direktoru Rövşən Mahmudov pambıq istehsalının su qıtlığı, iqlim dəyişikliyi kimi məsələlərə görə ciddi təhlükələrlə qarşılaşdığını diqqətə çatdırıb: "Azərbaycanın zəngin aqrar təcrübəsi var. Bu sahənin daha da inkişaf etdirilməsi üçün ölkədə nəhəng potensial mövcuddur".
İslam İnkişaf Bankının nümayəndəsi Syed Husain Quadri ölkələrin su ehtiyatlarının azalmasından, iqlim dəyişikliyi fonunda üzləşdiyi təhlükələrdən bəhs edib. Onun sözlərinə görə, qida təhlükəsizliyinin təmin olunması üçün su ilə əlaqəli məsələlərin həll edilməsi önəmlidir.
İqlim dəyişikliyinin dünyanın gələcəyini təhlükə altına atdığını deyən “Jameel İcması"nın direktoru Corc Riçards bir çox elm adamının da eyni düşündüyünü vurğulayıb.
“Kənd təsərrüfatı sahəsində önəmli məsələlərdən biri də yerli icmalarla yaxından əməkdaşlıq edərək, coğrafi regionların özəlliklərini öyrənməkdir. Yüksək texnologiyalar və yerli əhalinin maarifləndirilməsi vasitəsilə bu sahədə böyük uğurlar əldə oluna bilər", - deyə o qeyd edib.
Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyasının baş meneceri Məhəmməd Əlyami dünyanın bir çox yerində kifayət qədər kömək olmadığı üçün fermerlərin böyük şəhərlərə köçmək məcburiyyətində qaldığını diqqətə çatdırıb və fermerləri dəstəkləməyin önəmindən bəhs edib: "Həmin insanlar torpaq sahələrini, təsərrüfatlarını boş qoyurlar. Buna görə də fermerlərə yardımın artırılması önəmlidir".
Beynəlxalq Maliyyə Korporasiyasının İnvestisiya üzrə mütəxəssisi Emil Məmmədli təkcə bu il 496 min fermerə dəstək göstərildiyini, həmçinin 43,7 milyon dollar sərmayə qoyulduğunu diqqətə çatdırıb. O, xarici institutlarla əməkdaşlığın önəmindən, o cümlədən ukraynalı fermerlərə göstərilən yardımdan da danışıb.
Dəyirmi masa çərçivəsində “İnsanlar, təbiət və iqlim naminə ərzaq sistemlərinin transformasiyası: fəaliyyətə birgə çağırış” üzrə bəyannamə imzalanıb.
Xəbər lenti
Hamısına baxDünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16
Dünya
24 İyul 12:14
Gündəm
24 İyul 11:59
İqtisadiyyat
24 İyul 11:38
Sosial
24 İyul 11:37
Siyasət
24 İyul 11:26
Hadisə
24 İyul 11:24
Gündəm
24 İyul 11:20
Siyasət
24 İyul 10:43
Siyasət
24 İyul 10:18
Analitik
24 İyul 09:56
Sosial
24 İyul 09:42
Sosial
24 İyul 09:41
Analitik
24 İyul 09:30
Elanlar
24 İyul 09:15
Analitik
24 İyul 09:12
Sosial
24 İyul 08:50
İdman
24 İyul 08:36
Hadisə
24 İyul 08:00
Dünya
23 İyul 23:38
Sosial
23 İyul 23:34
Dünya
23 İyul 23:10
Dünya
23 İyul 22:41
Müsahibə
23 İyul 22:16
Dünya
23 İyul 21:50
Dünya
23 İyul 21:29
Elm
23 İyul 20:42
İqtisadiyyat
23 İyul 20:17
Dünya
23 İyul 19:53
Dünya
23 İyul 19:20

