Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Seçki Qərargahının Tovuz rayon şöbəsinin təbliğat qrupunun üzvləri rayonun Əyyublu, Aşağı Öysüzlü, Vahidli, Düz Cırdaxan və Cəlilli kəndlərində seçicilərlə görüşlər keçiriblər. Görüşlərdə aprelin 11-də keçiriləcək prezident seçkilərinin Azərbaycanın inkişafında mühüm rolu və hər bir seçicinin bu prosesdə fəal iştirakının əhəmiyyəti barədə məlumat verilib. Çıxışçılar həmçinin YAP-ın prezident seçkilərində namizədi cənab İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi 15 ildə nail olunmuş davamlı inkişafdan ətraflı bəhs ediblər.
Təbliğat qrupunun üzvləri Mücaməddin Axundov, Mail Hümbətov, Aybəniz Dəmirova, Fazil Məhərrəmov və digərləri qarşıdakı dövrdə ölkənin daha böyük uğurlara imza atması, xalqın rifahının daha da yaxşılaşdırılması, ölkəmizin beynəlxalq mövqelərinin daha da gücləndirilməsi istiqamətində hədəfləri seçicilərin diqqətinə çatdırıblar. Natiqlər seçiciləri 11 aprel 2018-ci il tarixində cənab İlham Əliyevə səs verməyə çağırıblar.
Görüşdə çıxış edən seçicilər bu çağırışlara məmnunluqla, böyük ruh yüksəkliyi ilə cavab verərək aprelin 11-də YAP-ın namizədi, Azərbaycan xalqının alternativsiz lideri cənab İlham Əliyevə səs verəcəklərini bəyan ediblər.
Tovuzluların seçimi cənab İlham Əliyevdir
Oxşar xəbərlər