Sabunçu rayonunda Vətən müharibəsi şəhidi Əliyev Abbas Salam oğlunun ildönümü münasibətilə anım tədbiri keçirilib.
Şəhidin məzarı ziyarət olunub, məzarın önünə gül dəstələri düzülüb, əziz xatirəsi dərin ehtiramla yad edilib, ruhuna dualar oxunub.
Anım tədbirində YAP Sabunçu Rayon Təşkilatı aparatının məsləhətçisi Altun İbrahimov, Sabunçu Rayon İcra Hakimiyyəti başçısı aparatının Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Fəqan Əlizadə, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Ramana qəsəbəsi üzrə nümayəndəsi Rauf Həsənov, Ramana bələdiyyəsinin sədri Asif Zeynallı, şəhidin ailə üzvləri və qəsəbə sakinləri iştirak ediblər.
Qeyd edək ki, Abbas Əliyev 09 yanvar 1988-ci ildə Bakı şəhərində anadan olub. Orta təhsilini Sabunçu rayonu, Ramana qəsəbəsi 90 nömrəli tam orta ümumtəhsil məktəbində alıb. 27 sentyabr 2020-ci il tarixində başlayan Vətən müharibəsində Füzuli, Cəbrayıl və Xocavənd rayonunun işğaldan azad olunmasında iştirak edib. Xocavənd rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamları ilə “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, "Xocavəndin azad olunmasına görə” və "Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub.