Samuxda ağacəkmə aksiyası keçirilib

Samux Rayon İcra Hakimiyyətinin və YAP Samux rayon təşkilatının  birgə təşkilatçılığı ilə qələbəmizin altıncı ildönümünə  həsr edilmiş ağacəkmə aksiyası keçirilib. Ağacəkmə aksiyası  Samux-Kür magistral yolunun hər iki tərəfində təşkil edilib. Aksiya çərçivəsində  1500-ə yaxın müxtəlif növ ağac və dekorativ gül kolları əkilib.

Aksiyada Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev,YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov,  hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, YAP Samux rayon təşkilatının  əməkdaşları və partiya fəalları, idarə, müəssisə və təşkilatların əməkdaşları iştirak ediblər.

 

Aksiya çərçivəsində iştirakçılar ağac əkməklə yanaşı, yol kənarlarında təmizlik-abadlıq işləri aparıb, ərazini alaq otlarından, daşlardan təmizləyib, əvvəllər basdırılan tinglərə aqrotexniki qulluq göstəriblər.