YAP Yardımlı rayon təşkilatında VIII Qurultaydan irəli gələn vəzifələr müzakirə olunub

 

Yeni Azərbaycan Partiyası (YAP) Yardımlı rayon təşkilatı üzrə 9 saylı Qaz idarəsi ərazi partiya təşkilatının fəal üzvlərinin iştirakı ilə Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin Partiyanın VIII Qurultayında səsləndirdiyi fikirlərin və qarşıya qoyulan prioritet vəzifələrin müzakirəsinə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə YAP Yardımlı rayon təşkilatının sədri Anar Alışov, 9 saylı Qaz idarəsi ərazi partiya təşkilatının sədri Asif Ağayev və partiya fəalları iştirak ediblər.

Çıxış edən YAP Yardımlı rayon təşkilatının sədri Anar Alışov Partiyanın VIII Qurultayının əhəmiyyətindən, Prezident İlham Əliyevin çıxışında müəyyənləşdirilən strateji hədəflərdən və qarşıda duran əsas vəzifələrdən bəhs edib. O bildirib ki, Yeni Azərbaycan Partiyası dövlətçilik ənənələrinin qorunması, milli maraqların müdafiəsi və ölkəmizin davamlı inkişafının təmin olunması istiqamətində mühüm rol oynayır. Anar Alışov vurğulayıb ki, partiya üzvləri Prezident İlham Əliyevin müəyyənləşdirdiyi siyasi kursun həyata keçirilməsinə dəstək verməli, əhali ilə əlaqələri daha da gücləndirməli, partiyanın ideoloji prinsiplərinin təbliği istiqamətində fəallıq göstərməlidirlər. O, həmçinin VIII Qurultaydan irəli gələn vəzifələrin yerli təşkilatlar və ərazi partiya təşkilatları səviyyəsində ardıcıl şəkildə həyata keçirilməsinin vacibliyini qeyd edib.

Digər çıxış edən 9 saylı Qaz idarəsi ərazi partiya təşkilatının sədri Asif Ağayev VIII Qurultayda səsləndirilən fikirlərin və müəyyənləşdirilən prioritetlərin əhəmiyyətindən danışıb. O, rəhbərlik etdiyi ərazi partiya təşkilatının qarşıya qoyulan vəzifələrin icrasında fəal iştirak edəcəyini, partiya üzvlərinin siyasi fəallığının artırılması və dövlətçilik prinsiplərinin təbliği istiqamətində fəaliyyətin davam etdiriləcəyini bildirib.

Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb, qarşıda duran vəzifələr və onların icrası ilə bağlı məsələlər müzakirə olunub.