YAP Samux rayon təşkilatı fəal təbliğat kampaniyasına başlayıb

YAP Samux rayon təşkilatı fəal təbliğat kampaniyasına başlayıb

Yeni Azərbaycan Partiyası tərəfindən Azərbaycan Respublikasının prezidentliyinə namizədliyi irəli sürülmüş cənab İlham Əliyevin Samux rayonundakı 43 seçki məntəqəsinin hər birində seçki lövhələrinə şəkillərinin vurulması başa çatdırılıb. YAP Samux rayon təşkilatının fəalları qruplar şəklində sentyabr ayının 16-da seçki məntəqələri üzrə ayrılmış təbliğat lövhələrində YAP-ın Sədri, prezidentliyə namizəd ölkə Prezidenti İlham Əliyevin təbliğat plakatlarını yapışdırıblar. İctimaiyyət nümayəndələri, partiya fəalları bu işin həyata keçirilməsinə böyük həvəs və maraq göstəriblər. 
AQŞİN