YAP-ın təbliğat kampaniyası Mingəçevirdə də uğurla başlayıb

YAP-ın təbliğat kampaniyası Mingəçevirdə də uğurla başlayıb

Məlum olduğu kimi, oktyabrın 9-da ölkəmizdə növbəti prezident seçkiləri keçiriləcək. Və artıq dünəndən etibarən təbliğat kampaniyasına start verilib. YAP ölkənin hər yerində olduğu kimi, Mingəçevirdə də bu kampaniyanın ilk günündən fərqlənməyə başlayıb. Belə ki, partiyanın prezidentliyə namizədi cənab İlham Əliyevin Mingəçevir şəhəri üzrə Seçki Qərargahının üzvləri prosesin ilk günündən öz fəallıqları ilə seçiliblər.