Yeni Azərbaycan Partiyası tərəfindən prezidentliyə namizədliyi irəli sürülmüş cənab İlham Əliyevin Ağstafa rayonu üzrə Seçki Qərargahı təbliğat kampaniyasına fəal şəkildə başlayıb.
Təbliğat kampaniyasının ilk gününün səhər saatlarında cənab İlham Əliyevin plakatları Dairə Seçki Komissiyasının müvafiq yerlərdə ayırdığı lövhələrə yerləşdirilib.
Bu proses YAP Ağstafa rayon təşkilatının fəallarının yaxından iştirakı ilə həyata keçirilib. Proses qısa vaxt ərzində müvəffəqiyyətlə yekunlaşıb və Seçki Məcəlləsinin bütün müddəalarına riayət olunub.
Aqşin