Saatlı rayonunda YAP fəalları seçkilərin partiyamızın liderinin qələbəsi ilə yekunlaşacağına əmindirlər

Saatlı rayonunda YAP fəalları seçkilərin partiyamızın liderinin qələbəsi ilə yekunlaşacağına əmindirlər

Yeni Azərbaycan Partiyası tərəfindən prezidentliyə namizədliyi irəli sürülmüş cənab İlham Əliyevin Saatlı rayonu üzrə seçki kampaniyası uğurla başlayıb. Saatlı rayonunda cənab İlham Əliyevin təbliğatı ilə əlaqədar ilk olaraq YAP fəalları seçki plakatlarını müvafiq lövhələrdə yerləşdiriblər. Əsasən gənclərdən ibarət olan fəallar seçkilərin partiyamızın liderinin qələbəsi ilə yekunlaşacağına əmindirlər.
Qeyd edək ki, Saatlı rayonu ərazisində 2 seçki dairəsi var. Rayonun 44 yaşayış məntəqəsində isə 57 seçki məntəqəsi mövcuddur. 57 seçki məntəqəsi ərazisindəki təşviqat lövhələrinə rayon sakinləri də aktiv şəkildə qoşulublar.
Aqşin