Tovuzda təbliğat kampaniyası uğurla başladı

Tovuzda təbliğat kampaniyası uğurla başladı

Yeni Azərbaycan Partiyası tərəfindən prezidentliyə namizədliyi irəli sürülmüş cənab İlham Əliyevin Tovuz rayonu üzrə Seçki Qərargahı təbliğat kampaniyasına uğurla start verib. YAP Tovuz rayon təşkilatının fəalları sentyabrın 16-da səhər saatlarında cənab İlham Əliyevin plakatlarını namizədlər üçün ayrılmış lövhələrdə yerləşdiriblər.
Bu prosesdə ruh yüksəkliyi ilə iştirak edən partiya fəalları cənab İlham Əliyevin seçkilərdə möhtəşəm qələbə qazanacağına əminliklərini ifadə ediblər.