Prezidentliyə namizəd cənab İlham Heydər oğlu Əliyevin Ağdam rayonu üzrə Seçki Qərargahı təbliğat-təşviqat kampaniyasına uğurla start verib

Prezidentliyə namizəd cənab İlham Heydər oğlu Əliyevin Ağdam rayonu üzrə Seçki Qərargahı təbliğat-təşviqat kampaniyasına uğurla start verib

9 oktyabr 2013-cü ildə keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ağdam rayonu üzrə Seçki Qərargahı sentyabrın 16-da təbliğat-təşviqat kampaniyasına uğurla start verib. Rayonda fəaliyyət göstərən bütün seçki məntəqələrində xüsusi lövhələrə Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevin şəkli əks olunmuş plakatlar birinci sıradan yapışdırılıb.