Nərimanov rayonunda 54 mindən çox sakinin müayinələrdən keçməsi təmin olunub

Nərimanov rayonunda 54 mindən çox sakinin müayinələrdən keçməsi təmin olunub

Əhalinin sağlamlığını daim diqqət mərkəzində saxlayan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən fevralın 14-dən mayın 1-dək bütün ölkə vətəndaşlarının icbari tibbi müayinələrdən keçirilməsi kampaniyası Bakının Nərimanov rayonunda da uğurla aparılır.
AzərTAc xəbər verir ki, aprelin 21-də yüzlərlə rayon sakini müasir tibbi avadanlıqlarla təchiz olunmuş 37 nömrəli şəhər poliklinikasına gələrək tibbi müayinələrdən keçib. Poliklinikanın baş həkimi Təranə Məmmədova bu səhiyyə ocağının yerləşdiyi ərazi üzrə ümumilikdə 2 min 856 nəfərin tibbi müayinədən keçdiyini, onlardan 360 nəfərə ambulator, 26 nəfərə isə stasionar müalicə təyin edildiyini bildirib.
Fevralın 17-dən etibarən artıq rayon üzrə 54 min 604 nəfərin müayinələrdən keçməsi təmin olunub. Onlardan 7 min 29 nəfərə ambulator, 172 nəfərə stasionar müalicə təyin edilib.
Müayinədən keçən vətəndaşlar onların sağlamlıqlarının qeydinə qaldığı üçün Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.