Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən cari ilin 10 ayında 45,4 min şəxsə əlillik təyin edilib.
Bu barədə APA-ya nazirlikdən məlumat verilib.
Bildirilib ki, onlardan 18,3 min şəxsə ilkin, 27,1 min şəxsə isə təkrar əlillik təyinatı aparılıb:
"Əlilliyin qiymətləndirilməsi elektron sistem üzərindən, səhiyyə müəssisəsinin e-sistemə daxil etdiyi göndərişlərdəki məlumatlar əsasında həyata keçirilir. Əlillik təyinatından sonra e-sistem üzərindən əlilliyə görə proaktiv qaydada sosial ödənişlər təyin edilir".