Əhalinin tibbi müayinəsinin keçirilməsi ilə bağlı dövlətimizin başçısının verdiyi tapşırıq və tövsiyələr Goranboy rayonunda da yüksək səviyyədə icra olunur.
Mərkəzi rayon xəstəxanasının baş həkimi Rüstəm Budaqov AzərTAc-a deyib ki, fevral ayının 17-dən may ayının 1-dək humanitar aksiya çərçivəsində 85 minədək sakinin tibbi müayinədən keçirilməsi nəzərdə tutulub. Əhalinin müayinəsi 3 xəstəxanada və 22 tibb məntəqəsində aparılır. Təşkil olunmuş 5 həkim briqadası qrafik üzrə kənd tibb məntəqələrində olur, sakinləri müayinədən keçirirlər.
Artıq 34 min nəfərdən çox goranboylu tibbi müayinədən keçib ki, onlardan da 150 nəfər stasionar, 5 min nəfər isə ambulator müalicəyə cəlb olunub.