Azərbaycan Prezidenti İlham Əliyevin ölkə əhalisinin tibbi müayinədən keçirilməsi ilə bağlı tapşırığı Ağstafa rayonunda da yüksək səviyyədə icra olunur.
Rayon poliklinikasının baş həkimi Həcər Namazova AzərTAc-a məlumat verib ki, artıq 23 min 164 sakin müayinədən keçirilib. Ehtiyac duyulduqda xəstələr müalicəyə cəlb olunurlar.
Muğanlı kənd sakini Fəxrəddin Səfiyev deyib ki, təcrübəli həkimlər onu və digər sakinləri hərtərəfli müayinədən keçirib, faydalı məsləhətlər veriblər. Müayinə olunan hər kəs bu aksiyadan olduqca məmnundur və göstərilən qayğıya görə Azərbaycan dövlətinin başçısına minnətdarlığını bildirir.