Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq Naftalanda da əhalinin tibbi müayinədən keçirilməsi yüksək səviyyədə təşkil olunub.
Naftalan şəhər İcra Hakimiyyətindən AzərTAc-a bildiriblər ki, bunun üçün şəhər poliklinikası lazım olan tibbi ləvazimatlarla təmin edilib, müayinələrə gələ bilməyən sakinlərə evlərində səhiyyə xidməti göstərilməsi üçün həkim briqadası yaradılıb. Aksiya müddətində 7 min 349 nəfərin tibbi müayinədən keçirilməsi nəzərdə tutulub ki, onlardan da 2 min 136 nəfəri həkimlərin qəbulunda olub, öz sağlamlıq durumları barədə məlumat əldə edib. Hazırda tibbi müayinələr mütəşəkkilliklə davam etdirilir.