Ölkə əhalisinin tibbi müayinədən keçirilməsinə dair Prezident İlham Əliyev tərəfindən verilən tapşırıq Gədəbəydə də uğurla icra olunur.
Mərkəzi rayon xəstəxanasının baş həkimi Ramiz Pirverdiyev AzərTAc-a deyib ki, fevralın 17-dən mayın 1-dək həyata keçirilməsi nəzərdə tutulan bu mühüm aksiyaya rayonun 60 minədək sakini cəlb olunacaq. Əhali qrafik əsasında mərkəzi rayon xəstəxanasında, poliklinikada və eləcə də 5 kənd həkim məntəqəsində hərtərəfli müayinə edilir.
Bundan əlavə, 5 səyyar briqadada təmsil olunan 30 nəfərədək həkim yerlərdə insanları müayinədən keçirir, onlara lazımi məsləhətlər verirlər. İndiyədək rayonun 5 min nəfərədək sakini müayinə olunub.