Bəzi rayonlarda yağıntılı hava şəraiti iyulun 9-u gündüzədək davam edəcək – XƏBƏRDARLIQ

Bəzi rayonlarda yağıntılı hava şəraiti iyulun 9-u gündüzədək davam edəcək – XƏBƏRDARLIQ

Azərbaycanın bəzi rayonlarında müşahidə olunan fasilələrlə yağıntılı hava şəraitinin iyulun 9-u gündüzədək davam edəcəyi, bu müddətdə bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı gözlənilir.

AZƏRTAC xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin yaydığı xəbərdarlıqda bildirilib.

Qeyd edilib ki, ayrı-ayrı yerlərdə dolu düşəcəyi, yağışın intensiv olacağı, şimal və qərb rayonlarında isə güclənəcəyi ehtimalı var.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından isə qısamüddətli sel keçəcəyi proqnozlaşdırılır.