Xəzər dənizində zəlzələ olub

Xəzər dənizində zəlzələ olub

Xəzər dənizində zəlzələ baş verib.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Bildirilib ki, yerli vaxtla saat 08:55-də 3 maqnitudalı zəlzələ qeydə alınıb.

Zəlzələnin ocağı 48 kilometr dərinlikdə yerləşib.