Daha bir itkin şəhidin dəfn mərasimi olacaq

Daha bir itkin şəhidin dəfn mərasimi olacaq

Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası itkin şəhidin dəfn mərasiminə dair məlumat yayıb.

Dövlət Komissiyasından AZƏRTAC-a bildirilib ki, mayın 22-də daha bir itkin şəhid torpağa tapşırılacaq.

Həmin gün Rəşadət Əli oğlu Piriyev Bərdə rayonunun yeni Daşkənd kənd qəbiristanlığında dəfn ediləcək.