Samuxda zəlzələ baş verib

Samuxda zəlzələ baş verib

Azərbaycanın Samux rayonunda 3,6 bal gücündə zəlzələ olub.

Respublika Seymoloji Xidmət Mərkəzindən AZƏRTAC-a bildiriblər ki, yeraltı təkanlar Mingəçevir stansiyasından 46 km şimal-qərbdə, Samux rayonunda (Mingəçevir su anbarı) qeydə alınıb.

Zəlzələ episentrə yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.