Azərbaycan coğrafi baxımdan çox vacib yerdədir. Belə ki, ölkə həm Rusiya, həm də İranla qonşuluq münasibətlərinə malikdir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Almaniya Federativ Respublikasının xarici işlər naziri Yohan David Vadeful azərbaycanlı həmkarı Ceyhun Bayramov ilə birgə keçirdiyi mətbuat konfransında deyib.
O qeyd edib ki, Almaniya üçün regional qaydalar sistemi lazımdır və bu, stabilliyə əsaslanmalıdır. “Bölgədə davam edən gərginlik narahatedicidir. Hərbi eskalasiya heç bir çıxış yolu deyil, bu, eyni zamanda, beynəlxalq qaydalara, beynəlxalq hüquqa ziddir”, - deyə Almaniyanın xarici işlər naziri vurğulayıb.