Bu ilin 9 ayında (qeyri-monetar qızıl istisna olmaqla) ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında qızıl (313,1 milyon dollar) birinci olub. Qızıl ixracından əldə edilən gəlir ötən ilin eyni dövrü ilə müqayisədə 31,6 faiz çoxdur.
AZƏRTAC İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın oktyabr sayına istinadla bildirir ki, bu siyahıda mis filizləri və konsentratları (213,5 milyon dollar) ikinci, tomat (172,3 milyon dollar) isə üçüncü yerdə qərarlaşıb.
Sentyabr ayı ərzində ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında qızıl (41,9 milyon dollar) birinci olub. Bu siyahıda mis filizləri və konsentratları (29,8 milyon dollar) ikinci, mineral və ya kimyəvi azot gübrələri (21,6 milyon dollar) isə üçüncü yerdə qərarlaşıb.
Yanvar-sentyabr aylarında (qeyri-monetar qızıl istisna olmaqla) Rusiya Federasiyasına 881,4 milyon dollar, Türkiyəyə 475,2 milyon dollar, Gürcüstana 443 milyon dollar, İsveçrəyə 327,9 milyon dollar, Ukraynaya isə 121,2 milyon dollar dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.
Bu ilin sentyabr ayında Rusiya Federasiyasına 67,2 milyon dollar, Gürcüstana 56,5 milyon dollar, İsveçrəyə 43,5 milyon dollar, Türkiyəyə 40,2 milyon dollar, Birləşmiş Ərəb Əmirliklərinə isə 29,8 milyon dollar dəyərində qeyri-neft sektoruna aid mal ixrac edilib.