Bakıda təlim-məşq toplanışında olan çimərlik futbolu üzrə Azərbaycan milli komandası hazırlıq çərçivəsində ilk yoldaşlıq oyununu keçirib.
Su İdman Sarayının ərazisindəki çimərlik meydançasında Səudiyyə Ərəbistanı milli komandasına qarşı oyun 3:1 hesabı ilə millimizin xeyrinə nəticələnib.
Bu komandalar arasında daha 3 yoxlama oyunu keçiriləcək.