Azərbaycanın 2 gimnastı Dünya Kubokunda finala yüksəlib

Azərbaycanın 2 gimnastı Dünya Kubokunda finala yüksəlib

Azərbaycanın idman gimnastları İvan Tixonov və Nikita Simonov Bakıda keçirilən Dünya Kubokunda final mərhələsinə vəsiqə qazanıb.

"Report"un məlumatına görə, Tixonov təsnifatda paralel qollarda hərəkətlərə görə 13.933 xal toplayaraq 8-ci olub. Simonov isə halqa ilə hərəkətlərdə hakimlərdən 14.266 xal alıb və 6-cı yeri tutub.