UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununda "Qarabağ"ın qonağı olacaq Fransa "Marsel"i Bakıya gəlib. Komandanın baş məşqçisi Xorxe Sampaoli Azərbaycan paytaxtına 22 futbolçu gətirib. "Marsel"i Bakıdakı qarşılaşmada Fransadan gələcək 200-ə yaxın azarkeş dəstəkləyəcək.
"Bu oyun hər kəs üçün fərqli təcrübə olacaq. Bu görüşə hazır olmalıyıq. Vaxt azlığı səbəbindən hər təfərrüat nəzərə alınacaq".
Bu fikirləri Fransanın "Marsel" klubunun baş məşqçisi Xorxe Sampaoli mətbuata açılamasında deyib.
Qeyd edək ki, fevralın 24-də Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq "Qarabağ" - "Marsel" görüşü saat 21:45-də başlayacaq.