Amerikalı azarkeş: İnanıram ki, Bakıya gələn hər bir azarkeş unudulmaz anlar yaşayacaq

Amerikalı azarkeş: İnanıram ki, Bakıya gələn hər bir azarkeş unudulmaz anlar yaşayacaq

Oyunu səbirsizliklə gözləyirəm. Bakıda yaxşı futbol əhval-ruhiyyəsi var.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində UEFA Avropa Liqasının final oyununu izləmək üçün Amerika Birləşmiş Ştatlarından Bakıya gəlmiş Patris Bartel deyib.
Qonaq “Arsenal” komandasının azarkeşi olduğunu bildirib: “Qarşılaşmanın gərgin və maraqlı keçəcəyini gözləyirəm. “Arsenal” komandasının qalib gələcəyinə inanıram”.
Patris Bartel qeyd edib ki, Azərbaycanda insanlar səmimiliyi, mehribanlığı ilə seçilir: “Burada bənzərsiz qonaqpərvərlik gördüm. İnanıram ki, gözəl ölkənizə səfər edən hər bir azarkeş unudulmaz anlar yaşayacaq”.