Böyük Britaniyanın “The Sun” nəşri “Arsenal” və “Çelsi” azarkeşlərinə Bakı ilə bağlı tövsiyələrini çatdırıb.
AZƏRTAC xəbər verir ki, nəşrdə yer alan böyük məqalədə “Arsenal” və “Çelsi” azarkeşlərinə mütləq Bakıda şəhər turuna çıxmaq tövsiyə olunub.
“The Sun”da dərc edilən məqalədə qeyd olunur ki, əgər azarkeşlər Bakını gəzsələr, İngiltərə futbol tarixinin ən təsiredici şəxsinə vəfa borclarını ödəyə bilərlər.
Məqalədə qeyd olunur ki, 1966-cı il İngiltərə və Qərbi Almaniya komandaları arasında keçirilən finaldan bəri ingiltərəli azarkeşlər Tofiq Bəhramovu böyük ehtiramla xatırlayırlar.