“İlk dəfədir ki, beynəlxalq dərəcəli yarışda iştirak edirəm və gümüş medal qazandığım üçün çox xoşbəxtəm”.
Bu sözləri yerli mətbuata müsahibəsində İranı “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında təmsil edən Haniyə Rüsəmian deyib.
H.Rüsəmian 25 metr məsafədən pnevmatik tapançadan atıcılıq növündə gümüş medal mükafatçısı olub. O bildirib ki, yarışlar yüksək səviyyədə keçirilir. Bakıda idmançılara qayğı ilə yanaşırlar.
Bakının çox gözəl şəhər olduğunu vurğulayan iranlı atlet burada idmanın inkişafı üçün yaxşı şərait yaradıldığını diqqətə çatdırıb.