Rumıniya qılıncoynadanları “Rio-2016”nın qalibi olublar

Rumıniya qılıncoynadanları “Rio-2016”nın qalibi olublar

Rumıniyanın qadın qılıncoynadanlardan ibarət milli komandası XXXI Yay Olimpiya Oyunlarında qızıl medal qazanıb.
AZƏRTAC xəbər verir ki, qılıncoynatmanın şpaqa növündə komanda yarışlarının final oyununda Rumıniya millisi Çin yığmasına 44:38 hesabı ilə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Üçüncü yer uğrunda görüşdə Rusiya millisi Estoniya yığmasını 37:31 hesabı ilə məğlub edərək “Rio-2016”nı üçüncü pillədə başa vurub.