Belçikanın “Belqa” xəbər agentliyində ilk Avropa Oyunlarından bəhs edən məqalə yerləşdirilib.
AZƏRTAC xəbər verir ki, yazıda Belçika milli komandasının ilk qrupunun artıq Bakıda olduğu bildirilir. Qeyd olunur ki, Azərbaycana gələn komanda Heydər Əliyev Beynəlxalq Aeroportunda yüksək qonaqpərvərliklə qarşılanıb. Komanda üzvlərini Belçika Olimpiya Komitəsinin məsul şəxsləri müşayiət edirlər.
Xatırladaq ki, Belçika “Bakı-2015”-də 117 idmançı ilə təmsil olunur.