Fransa Gimnastika Federasiyası bu ölkəni “Baku-2015” Avropa Oyunlarında təmsil edəcək gimnastların adlarını müəyyənləşdirib.
AZƏRTAC Fransanın www.lequipe.fr saytına istinadla xəbər verir ki, bu ölkəni birinci Avropa Oyunlarında 3-ü kişi, 3-ü qadın olmaqla, ümumilikdə, 6 gimnast təmsil edəcək. Qadınların yarışında Marin Breve, An Xum və Valentin Pikül, kişilərdə isə Aksel Oji, Yim Zona və Ağno Viliq mübarizə aparacaqlar.