“Barselona”nın sabiq məşqçisi “Rubin”də işləyəcək

“Barselona”nın sabiq məşqçisi “Rubin”də işləyəcək

İspaniyanın “Barselona” klubunun gənclər komandalarına rəhbərlik etmiş Frank Artiqa Rusiyada işləyəcək.

AZƏRTAC xəbər verir ki, 49 yaşlı ispan çalışdırıcı “Rubin” (Kazan) komandasının baş məşqçisi olub.

Tərəflər 2027-ci ilin yayına qədər müqavilə imzalayıblar.