Xorvatiya klubu azərbaycanlı futbolçunun keçidini açıqlayıb

Xorvatiya klubu azərbaycanlı futbolçunun keçidini açıqlayıb

Xorvatiyanın “Varazdin” komandası azərbaycanlı futbolçu Rüfət Abdullazadənin transferini açıqlayıb.

AZƏRTAC klubun rəsmi saytına istinadən xəbər verir ki, 24 yaşlı oyunçu ilə 3 illik müqavilə imzalanıb.

Rüfət son olaraq “Səbail”də çıxış edib.