Futzal üzrə Azərbaycan millisinin yeni baş məşqçisi məlum olub

Futzal üzrə Azərbaycan millisinin yeni baş məşqçisi məlum olub

Futzal üzrə Azərbaycan millisinin baş məşqçisi məlum olub.

AZƏRTAC xəbər verir ki, bu vəzifəyə “Araz-Naxçıvan”ın rusiyalı baş məşqçisi Yevgeni Kukseviç gətirilib.

Aleksey Kudlayın isə fiziki hazırlıq üzrə məşqçi vəzifəsinə təyinatı təsdiqlənib. Hər iki mütəxəssislə müqavilənin müddəti 1 il nəzərdə tutulub.

Milli komandanı son olaraq Vitali Borisov çalışdırıb.