Futbol üzrə Azərbaycan milli komandasının heyətində dəyişiklik baş verib.
AZƏRTAC AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, müdafiəçi Bədavi Hüseynov zədə səbəbindən komandanın toplanışına qoşulmayacaq.
Qeyd edək ki, Fernandu Santuşun baş məşqçisi olduğu kollektiv təlim-məşq toplanışı çərçivəsində iyunun 7-də Riqada yerləşən “Skonto” stadionunda Latviya, iyunun 10-da isə “Liv Bona Dea Arena”da Macarıstan yığması ilə yoldaşlıq oyunu keçirəcək.