PSJ ilk dəfə Çempionlar Liqasının qalibi olub

PSJ ilk dəfə Çempionlar Liqasının qalibi olub

UEFA Çempionlar Liqasının final oyunu keçirilib.

AZƏRTAC xəbər verir ki, həlledici qarşılaşmada Fransanın PSJ və İtaliyanın “İnter” komandaları qarşılaşıb.

Münxen Arenada baş tutan matç italiyalıların darmadağını ilə başa çatıb – 5:0.

Bununla da Fransa təmsilçisi tarixində ilk dəfə qitənin nüfuzlu turnirinin qalibi olub.