Minifutbol üzrə Azərbaycan milli komandası Bakıda keçirilən dünya çempionatında bu gün yarımfinal oyununa çıxacaq.
AZƏRTAC xəbər verir ki, Elşad Quliyevin başçılıq etdiyi yığma Monteneqro kollektivi ilə qarşılaşacaq. Milli Gimnastika Arenasında oynanılacaq görüş saat 20:00-da start götürəcək.
Yarımfinal mərhələsinin digər matçında isə Macarıstan və Serbiya yığmaları üz-üzə gələcəklər. Bu qarşılaşma saat 21:30-da başlayacaq.
Qeyd edək ki, dünya çempionatına iyunun 1-də yekun vurulacaq.