Dünya çempionatı: İngiltərə Ukraynanı böyük hesabla məğlub edib

Dünya çempionatı: İngiltərə Ukraynanı böyük hesabla məğlub edib

Bakıda minifutbol üzrə dünya çempionatında daha bir oyun keçirilib.

AZƏRTAC xəbər verir ki, C qrupunda Ukrayna və İngiltərə yığmaları üz-üzə gəlib. Milli Gimnastika Arenasında reallaşan görüş ingilislərin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Daha əvvəl keçirilən görüşlərdə Portuqaliya Bolqarıstanı (3:1), Fransa Çadı (1:0) məğlub edib, Türkiyə millisi isə Macarıstanla heç-heçəyə razılaşıb – 1:1.

Qeyd edək ki, bu gün daha 3 matç baş tutacaq.